Paşinyan anklavlarla bağlı məsələdən danışdı


Dünya 23 Noy 2021 22:53:00 126 0

Paşinyan anklavlarla bağlı məsələdən danışdı

"Bizim mövqeyimiz belədir: xəritədə çəkilmiş anklavlar hansı hüquqi əsaslara malikdir? Burada hüquqi əsasın olub-olmadığını başa düşməliyik".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı "Gorus-Qafan yolunun açılışını anklavların verilməsi müqabilində mübadilə olarmı?" sualına cavabında deyib.

"Əvvəlcə bu ərazilərin qaytarılması üçün hüquqi əsasların olub-olmadığını anlamaq lazımdır. Ola bilsin ki, bu ərazilər bir mehriban kolxozun digərinə hədiyyəsi olub... Biz bu anklavların haradan gəldiyini, necə anlayışlar olduğunu anlamaq istəyirik. Beynəlxalq hüquqda oxşar təcrübə var, lakin İrəvan hələlik bu barədə danışmaq istəmir, çünki demarkasiya və delimitasiya prosesi hələ başlamayıb", - deyə Paşinyan qeyd edib.