Bakı və İrəvan sənəd imzalaya bilər


Dünya 23 Noy 2021 22:57:00 247 0

Bakı və İrəvan sənəd imzalaya bilər

"İrəvan və Bakı sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyanın yaradılması haqqında sənəd imzalaya bilər".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı deyib. Onun sözlərinə görə, proses zamanı sərhəddə insidentlərin baş verməsini təsəvvür etmək mümkün deyil. Paşinyan ümid edir ki, Rusiya ilə birlikdə regionda toqquşmaların qarşısını almağa kömək edəcək formata nail olacaqlar:

"Delimitasiya və demarkasiya prosesi mozaikaya bənzəyir. Zaman-zaman məqbul görünən təkliflər olur, lakin sonra təfərrüatlara daha dərindən gedərkən məlum olur ki, bunu yerinə yetirmək mümkün deyil".