Son sutkada bu qədər vaksin vuruldu


Digərləri 23 Noy 2021 18:38:00 168 0

Son sutkada bu qədər vaksin vuruldu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36348 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4698, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7728, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23922 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10328843, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5055303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4532579, buster doza üzrə vaksinasiya olunanların sayı isə 740961 təşkil edir.