87 yaşlı kişiyə ərə gedən qadın "20 ildir məni sevirdi..."


Digərləri 23 Noy 2021 16:22:00 121 0

87 yaşlı kişiyə ərə gedən qadın  "20 ildir məni sevirdi..."

1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaşlar ailə qurub.

DOST-dan verilən məlumata görə, 87 yaşlı vətəndaş Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub.

Son.az xəbər verir ki, moderator.az-a danışan cütlük bir-birilərini 20 ildir tanıdıqlarını bildiriblər.

"20 ildir məni sevirdi, bir yerdə işləyirdik, əvvəl razı olmurdum, axır yola gətirdi məni, razılıq verdim" - deyə Məsumə Dadaşova vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu, onun ikinci evliliyidir: "Necə yalan deyim ki, birinci evliliyimdir. Əvvəl bir dəfə evli olmuşam. Birinci həyat yoldaşım 20 ildən çoxdur vəfat edib. Bir qızım da vardı, o da vəfat edib. Bir oğlum, nəvələrim var".

Qeyd edək ki, 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu şad günlərində vətəndaşların yanında olublar. Onları təbrik etməklə yanaşı, nikah münasibəti ilə hədiyyələr təqdim ediblər. Nikah 3 saylı ASAN Xidmət mərkəzində baş tutub. Son.az