Qətlə yetirilən jurnalistin nişanlısı müğənniyə müraciət etdi


Digərləri 23 Noy 2021 09:28:00 126 0

Qətlə yetirilən jurnalistin nişanlısı müğənniyə müraciət etdi

Öldürülən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz kanadalı müğənni Castin Biberə müraciət edib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, o, müğənnidən Səudiyyə Ərəbistanında verəcəyi konserti ləğv etməsini istəyib.

"Sevgili Camalın qatilləri üçün mahnı oxumayın. Castin Biberin adının və qabiliyyətinin onları tənqid edənləri öldürən bir rejimin etibarını geri qazanmaq üçün istifadə edilə bilməyəcəyini göstərmək üçün misilsiz fürsətə malikdir", - deyə X.Cengiz bildirib.

Qeyd edək ki, Castin Biber dekabrın 5-də Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki ilk "Formula-1" Qran-prisində səhnəyə çıxacaq.