Bakıda qadının müəmmalı ölümü FOTO


Digərləri 23 Noy 2021 08:52:00 148 0

Bakıda qadının müəmmalı ölümü  FOTO

Bakının Yasamal rayonunda küçədə qadın dünyasını dəyişib.

Son.az APA-ya istinadən xəbər verir ki, ölüm hadisəsi İnşaatçılar prospektində qeydə alınıb.

Prospektdə Əsgərova Aygün Zöhrab qızı yaşadığı binanın qarşısında yol kənarındakı səkidə qan içində meyiti aşkarlanıb. Məlum olub ki, o, Paşazadə Akif Pünhan oğluna məxsus 99-NS-060 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobildə qan itirib.

Qadın səkidə dünyasını dəyişib. Ölən şəxsin yaxınları hadisə yerinə gəlib. Məlum olub ki, Aygün Əsgərova bir müddət öncə həyat yoldaşından ayrılıb. Övladı isə atasının himayəsində yaşayır.

Hadisə yerinə cəlb olunan Yasamal Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları istintaq işi aparıb. Sürücü A.Paşazadə saxlanılıb.