Milad paradında faciə: 5 ölü, 48 yaralı FOTO


Dünya 23 Noy 2021 08:23:00 109 0

Milad paradında faciə: 5 ölü, 48 yaralı  FOTO

ABŞ-da Oukeşo şəhərində (Vinskonsin ştatı) yolsuzluq avtomobilinin Milad paradının iştirakçılarına üstünə çıxması nəticəsində yaralananların sayı, yenilənmiş məlumatlara görə, 48 nəfər olub.

Bu barədə Oukeşo şəhərinin polis rəisi Deniel Tompson bildirib.

Bildirilib ki, onların arasında vəziyyəti ağır olan iki azyaşlı da var.

O deyib ki, hadisə nəticəsində daha 5 nəfər ölüb: "Əldə etdiyimiz məlumata görə, 48 nəfər yaralanıb, daha 5 nəfər həlak olub".

ABŞ polisi 39 yaşlı Darrell Bruksu Viskonsin ştatının Uokeş şəhərində keçirilən Milad paradının iştirakçılarını avtomobillə vurmaqda şübhəli şəxs adlandırıb və ona qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin beş bəndi üzrə ittihamlar irəli sürülüb.

Yaralılardan ikisi uşaqdır, onlar ağır vəziyyətdədir.