Meksikada xoruz döyüşü izləyənlərə atəş açıldı


Dünya 23 Noy 2021 08:28:00 124 0

Meksikada xoruz döyüşü izləyənlərə atəş açıldı

Meksikanın Miçoakan ştatının Sitakuaro rayonunda xoruz döyüşü zamanı kütləyə naməlum şəxslər tərəfindən atəş açılıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Televisa" kanalı məlumat yayıb. Bildirilir ki, silahlı şəxslər atəş açdıqdan sonra naməlum istiqamətə qaçıblar.

Hadisə nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağırdır. Hadisənin motivləri açıqlanmayıb.