"Qorçiçnik". 20dən çox xəstəliyi müalicə edən


Digərləri 23 Noy 2021 07:41:00 161 0

"Qorçiçnik". 20dən çox xəstəliyi müalicə edən

Xardal kağızları tibdə müxtəlif xəstəliklər və pozulmalar zamanı istifadə olunur.

Xardal kağızları damarları genişləndirir, yerli qan dövranı gücləndirir, orqanizmin müdafiə funksiyalarını yaxşılaşdırır, ağrıları və iltihabı azaldır, toxumalarda mübadilə proseslərini stimullaşdırır, bəlğəmin çıxmasını asanlaşdırır.

Xardal kağızları bu kimi hallarda istifadə oluna bilər:

- öskürək (həm quru, həm nəm), bronxit, plevrit, pnevmoniya

- osteoxondroz

- miozit (əzələ iltihabı)

- mialgiya (əzələ ağrısı)

- nevralgiya (sinirin zədələnməsi)

- yumşaq tozumaların travma nəticəsində əzilməsi

- lümbaqo, işias

- baş ağrıları

- hipertoniya

Xardal kağızları necə qoyulur? Xardal qağızı ilıq suya salınır və dəriyə qoyulur. Üzərinə dəsmal qoyulur. Xardal kağızı 10-15 dəqiqə ərzində (xəstənin dərisinin həssaslığından asılıdır) dəridə qalmalı, daha sonra kağız götürülməli və dəri su ilə yuyulmalıdır.

Hər 2-3 dəqiqədən bir xəstənin dərisinin vəziyyətinə nəzarət etmək lazımdır ki, yanıq əmələ gəlməsin. Əgər dəri çox qızarıbsa, xəstəni güclü yanma hissi, ağrı narahat edirsə, xardal kağızı dərhal götürülməlidir.

Xardal kağızları gündə 1 dəfə olmaqla 5-7 gün əzrində qoymaq olar.

Xardal kağızlarından lazım olan müalicəvi effekt almaq üçün onları hər xəstəlik zamanı müəyyən yerlərə qoymaq lazımdır:

- Yuxarı tənəffüs yolları iltihabları zamanı (angina, laringit, faringit) xardal kağızları döş qəfəsinə, baldırlara və dabanlara qoyulur.

- Bronxit, öskürək, plevrit, pnevmoniya zamanı xardal kağızları bel nahiyəsinə (kürəklər arasında və altında) və döş qəfəsinə qoyulur (ürək, süd vəziləri və onurğa sütunu nahiyəsinə qoymaq olmaz).