Sizdə boyun osteoxondrozu varmı?


Digərləri 23 Noy 2021 07:21:00 116 0

Sizdə boyun osteoxondrozu varmı?

Boyun osteoxondrozu çox yayılmış pozulmadır. Həkimlərin müşahidələrinə görə, bu və ya digər formada boyun osteoxondrozuna insanların 70%-ndə rast gəlinir.

Boyun osteoxondrozu zamanı boyun fəqərələrində distrofik dəyişikliklər baş verir ki, nəticədə sinirlər və damarlar sıxılır və bu da müxtəlif pozulmalara (ağrılar, baş gicəllənməsi, qolların və barmaqların keyiməsi və s.) səbəb olur.

Boyun osteoxondrozu inkişafının səbəbləri:

- azhərəkətli həyat tərzi

- ağır fiziki yükləmələr

- onurğa sütunu əyriliyi

- travmalar (xüsusilə avtomobil qəzası nəticəsində)

- artıq çəki

- xroniki streslər

- soyuqlamar

- mübadilə proseslərin pozulmaları və s.

Hal hazırda boyun osteoxondrozu xeyli "cavanlaşıb" və cavan insanlarda çox tez-tez aşkar olunur. Boyun osteoxondrozu vaxtında aşkar olunmalı və müalicə olunmalıdır. Müalicəsiz buraxılmış bu pozulma insanı hətta əlil edə bilər.

Özünüzdə boyun osteoxondrozun olub-olmamadığını bilmək istəyirsinizsə, bizim testdən istifadə edin.

1. Gün ərzində 3 saatdan artıq kompüterdə və ya sənədlərlə işləyirsinizmi, avtomobil sürüsünüzmü?

2. Sizdə boyun və ya baş travmaları (xüsusilə avtomobil qəzası nəticəsində) olubmu?

3. Səhər saatlarında boynunuzda ağrılar olurmu?

4. Başınızı yana çevirdikdə, arxaya, qabağa əydikdə, çətinlik çəkirsinizmi?

5. Başınızı yana çevirdikdə, əydikdə boynunuzda ağrı və ya xırtıltı hiss edirsinizmi?

6. Çiyinləriniz ağrıyırmı?

7. Baş ağrıları, başgicəllənməsi, ürəkbulanması Sizi tez-tez narahat edirmi?

8. Qollarınızda ağrılar, zəiflik hiss edirsinizmi?

9. Barmaqlarınız keyiyir, soyuyurmu?

10. Qulaqlarınızda küy olurmu?

Əgər siz əksər suallara "hə" cavabı vermisinizsə, çox güman ki, sizdə bu pozulma artıq var. Vaxt itirmədən həkimə müraciət edin.