Yod "setka"sı. Sınanmış və təsirli müalicəvi vasitə


Digərləri 23 Noy 2021 06:03:00 133 0

Yod "setka"sı. Sınanmış və təsirli müalicəvi vasitə

Hər evin dərman qutusunda yod şüşəsini tapmaq olur. Yod ilk tibbi yardım vasitəsi kimi müxtəlif travmalar, iltihablar və s. zamanı geniş istifadə olunur.

Bəzi pozulmalar zamanı yod həqiqətən çox təsirli sınanmış vasitədir. Lakin yoddan istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Düzgün istifadə olunmadıqda yod sağlamlığa ciddi ziyan vura bilər.

Belə ki, açıq yaralar zamanı yod yaranın üzərinə düşməməlidir - bu yaranın daha da böyüməsinə, güclü ağrılara səbəb olacaq. İlk tibbi yardım göstərdikdə yod yaranın üzərinə deyil, yaranın ətraflarına (yalnız sağlam dəriyə!) çəkilə bilər.

Yodla inhalyasiya etmək olmaz. Bu ağ ciyərin toxumasının zədələnməsinə səbəb olacaq.

Yod daxilə qəbul etmək olmaz (hətta 1-2 damcı həcmində) - bu qida borusunun və mədənin selikli qişasının güclü yanıqlarına, hüceyrələrin nekrozuna (məhv olmasına) səbəb olacaq.

Dezinfeksiya təsirindən əlavə yod qıcıqlandırıcı təsirə malikdir. Dəriyə çəkildikdə yod bu sahədə damarların genişlənməsinə, qan dövranının güclənməsinə səbəb olur. Nəticədə orqanizm pozulma ilə daha fəal şəkildə mübarizə aparır - parçalanma məhsulları, toksinlər buradan daha tez xaric olunur, immun hüceyrələri bura yönəlir. Bu isə ağrıların və iltihabın azalmasına, sağalmanın tezləşməsinə, odemlərin və bərkimiş sahələrin daha tez sovrulmasına kömək edir. Təbii ki, "yod setka"sı yalnız köməkçi müalicəvi vasitə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər. İstənilən qalxanvari xəstəlikləri zamanı yod "setka"sı qəti əks-göstərişdir!

Yod "setka"sı bu kimi pozulmalar zamanı istifadə oluna bilər:

- osteoxondroz (boyun və bel ağrıları zamanı)

- lyumbaqo (bel ağrıları)

- işias (bel nahiyəsində başlayan və sonra sağrı və budun arxa hissəsinə yayılan ağrı)

- nevralgiya (bədənin istənilən nahiyəsində nevroloji ağrı)

- soyuqdəymə xəstəlikləri, kəskin respirator xəstəliklər, bronxit

- mialgiyalar (əzələ ağrıları)