Çağalıq dövründə mövcud olan reflekslər


Digərləri 23 Noy 2021 02:02:00 115 0

Çağalıq dövründə mövcud olan reflekslər

Körpələrdə doğulduğu andan əmmə, ağzı ilə axtarma, tutma, addımlama kimi şərti reflekslər qeyd olunur.

Bu reflekslərin zəif alınması və ya alınmaması hər hansı bir xəstəliyə işarədir. Belə halda mütləq həkimə müraciət olunmalıdır.

İnkişaf prosesində bütün uşaqlar eyni yolu keçir, lakin fərqli keçir. Sağlam uşaqların əksəriyyəti qaçmazdan əvvəl gəzməyə, gəzməzdən əvvəl iməkləməyə, iməkləməzdən əvvəl isə bədənini müəyyən qədər dəstək ilə qaldırmağa müvəffəq olurlar. Lakin, bu proses bir uşaqda tez, o biri uşaqda gec, birində sürətli, digərində isə bir az ləng gedir. Uşaqlar gec iməkləməyə, gəzməyə başlayanda, ləng hərəkətlər edəndə də valideynlər narahat olmağa başlayır. Bu səbəbdən də, valideynlər çağanın inkişafının gedişatını bilməlidir. Valideynin bu haqda məlumatlı olması uşaqlarını daha yaxşı izləməyə imkan verir.

Yenidoğulmuş uşaqların müəyyən refleksləri olur. Uşağın sağlamlığı üçün bu refleksləri dəqiq izləmək, bir-birini əvəzləmə qaydasını və keçidlərini dəqiq bilmək lazımdır. Çağalarda eyni zamanda əmmə, Moro, Tonik, sense və s. kimi refleksləri vardır.

Əmmə refleksi çağalarda anadan olandan 1 yaşın sonuna qədər davam edir. Psixoloji olaraq uşaqlar həmin vaxt oral mərhələdə olduqlarına görə əmmə refleksini açıq-aydın görmək mümkündür. Xüsusilə də, 6-cı ayına qədər əmmə refleksi çox aktiv olur. Hətta körpənin yanağına, dodaqlarının kənarlarına toxunduqca o, gülümsəyir və yaxud da dodaqlarını tərpədir.

Moro refleksi isə körpə anadan olandan 3 ayına kimi davam edir. Çağa qəfil eşitdiyi səsə qarşı ilk reaksiya olaraq yerini qəfil dəyişib həmin səsə tərəf yönəlir. Kiminsə sərt toxunuşuna cavab reaksiyası olaraq bədənini və başını arxaya dartır. Belə olanda o, ağlaya da bilər. Körpə bu zaman qorxduğu üçün ağlamağa başlayır.

Körpədə 3 ayından 6 ayınadək isə Tonik refleksi davam edir. Bu refleksə həm də boyun refleksi də deyirlər. Uşaq beli üstdə yatanda üzünü başqa tərəfə çevirmək istədikdə, bu zaman əvvəl üzünün arxa tərəfində qalan əlini tam açıq şəkildə, digər əlini isə dirsəkdən bükülmüş formada olmaqla dartınar. Fikir versəniz, bu hərəkət gərnəşməyi xatırladır. Bu qeyd edilən müddət ərzində çox rast gəlinir.

Sense refleksi isə uşağın özünü qoruma hissi ilə bağlıdır. Müşahidə etmisinizsə, uşağın ovucunun içinə toxunanda o, avtomatik olaraq barmağınızı möhkəm tutur. Bu zaman onun əlinin yaxud ayağının üstünə toxunsanız o, barmağınızı buraxar, qol və ayaqlarını özünə tərəf dartaraq yenidən barmağınızı tutar.