Artıq Sinovac ilə Böyük Britaniyaya daxil ola bilərsiniz


Dünya 22 Noy 2021 21:15:00 114 0

Artıq Sinovac ilə Böyük Britaniyaya daxil ola bilərsiniz

Noyabrın 22-dən Böyük Britaniya digər ölkələrdən gələn səyahətçilər tərəfindən ölkəyə səfər etmək üçün tanınan vaksinlərin siyahısını genişləndirib.

Son.az aviatravel.az-a istinadən bildirir ki, bu barədə Britaniya hökumətinin bəyanatında deyilir.

"22 Noyabr Bazar ertəsi səhər saat 4:00-dan etibarən hökumət Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlərini təcili istifadə üçün tanıyacaq. Nəticədə Sinovac (CoronaVac), Sinopharm Beijing və Covaxin təsdiqlənmiş səyahət vaksinləri siyahısına əlavə olunacaq", - deyə bəyanatda bildirilir. 

Tam peyvənd edilmiş və sertifikatlı sərnişinlərin uçuşdan əvvəl testdən keçməsi, 8-ci gün test verməsi və ya gəliş zamanı özünütəcrid etməsinə ehtiyac yoxdur.

Xatırladaq ki, Böyük Britaniya 2021-ci il noyabrın 1-dən Oxford-AstraZeneca, Pfizer-BioNTech, Moderna və Johnson & Johnson peyvəndlərinin hər iki dozasını almış əcnəbilərin COVID pasportlarını tanıyır.

Qaydalara görə sərnişinlər: