ABŞ hökuməti İŞİDlə əlaqəsi olan bir neçə şəxslərə qarşı sanksiya tətbiq edib
Dünya 22 Noy 2021 21:59:00 142 0
ABŞ Maliyyə Nazirliyi Xorasandakı "İslam Dövləti" terror qruplaşması ilə əlaqəsi olan 4 Əfqanıstan vətəndaşına qarşı sanksiya tətbiq edib.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlik tərəfindən yayılan açıqlamada bildirilib.
Məhdudiyyətlər aşağıdakı şəxslərə qoyulub: Sultan Əziz Əzəm, Sənaullah Qafari (həmçinin Şahab əl-Mühacir kimi tanınır), İsmətullah Xalozai (həmçinin Şer Ömər Heil kimi tanınır) və Mövləvi (İslamda dini titulu) Rəcəb (həmçinin Səlahəddin kimi tanınır).
Onlar hamısı, sənədə əsasən, Əfqanıstan vətəndaşıdır.
Mənbə: milli.az