Nazir deputata əsəbləşdi: “Orada şəhid veririk, sən isə boşboş gülürsən” VİDEO


Dünya 22 Noy 2021 18:42:00 121 0

Nazir deputata əsəbləşdi: “Orada şəhid veririk, sən isə boşboş gülürsən”  VİDEO

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu büdcə komissiyasında CHP-li millət vəkilinə sərt reaksiya verib.   Son.az azxəbər-ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində terrorla mübarizə ilə bağlı məlumat verən Süleyman Soylu CHP-li millət vəkili Engin Özkoçu tənqid edib. Soylu danışarkən gülən deputata  "Orada uşaqlarımız şəhid olur, sən isə burada boş-boş gülürsən" deyərək reaksiya verib.

Qeyd edək ki, bu gün Türkiyə Daxili İşlər Nazirliyinin 2022-ci il büdcəsinin müzakirəsi başlayıb. 

Daxili işlər naziri Süleyman Soylu nazirliyinin 2022-ci il büdcəsi ilə bağlı təqdimatına başlayıb. Soylu Türkiyədəki terrorçuların ümumi sayını açıqlayıb.   Süleyman Soylu bildirib ki, Türkiyədə terrorçuların ümumi sayı 180-dən aşağı düşüb.