Xalq artistinin xanımı Monika Belluççi ilə bir arada


Şou-biznes 22 Noy 2021 17:42:00 125 0

Xalq artistinin xanımı Monika Belluççi ilə bir arada

Rusiyanın Xalq artisti Anna Netrebko Hollivud ulduzu Monika Belluççi ilə İtaliyada bir araya gəlib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, Netrebko Manzoni teatrında Belluççinin "Mariya Kallas: məktublar və xatirələr" adlı solo tamaşasını izləməzdən əvvəl səhnə arxasına keçərək onunla həmsöhbət olub. Sənətçilər daha sonra obyektivlərə poz veriblər.

Fotoları instaqram hesabında paylaşan Netrebko Belluççi ilə bağlı bu sözləri yazıb:

"O, əbədi gözəllikdir. Təkcə filmlərdə deyil, reallıqda da. Belə gözəl qadınları səhnədə görmək və dinləmək çox xoşdur. Ah, Monika! O, qeyri-adi gözəlliyə malik qadındır!".

Opera müğənnisi zarafatla əlavə edib ki, növbəti dəfə mütləq daha çox makiyaj edəcək.