Azərbaycanda qanunsuz ov edən Küveyt vətəndaşları 4000 azn cərimələndi


Digərləri 22 Noy 2021 17:24:00 114 0

Azərbaycanda qanunsuz ov edən Küveyt vətəndaşları 4000 azn cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatında Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.

Bunu Trend-ə açıqlamasında Xidmət rəisi Hikmət Əlizadə bildirib.

"Araşdırma zamanı onların Küveyt vətəndaşları Muhammad Almutairi, Abdullah Alateeo, Nawaf Alateeo və Abdulrahman Alghareeb olduğu müəyyən edilib.

Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 4000 manat məbləğində cərimə olunub" - deyə, xidmət rəisi qeyd edib.