"Facebook" Korotçenkonun səhifəsini yenidən bağladı


Dünya 22 Noy 2021 16:06:00 105 0

"Facebook" Korotçenkonun səhifəsini yenidən bağladı

"Facebook" sosial şəbəkəsi Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenkonun səhifəsini yenidən üç gün müddətinə bağlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ekspert öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, səhifə ermənilərin şikayəti ilə Azərbaycanın əvvəllər işğalda olmuş ərazilərdə dağıntıların göstərildiyi filmə görə bağlanıb.

"Erməni silahlı qüvvələrinin vəhşilikləri barədə faktları ört-basdır etməklə "Facebook" və Mark Zukerberq bəşəriyyətə qarşı cinayətlərə haqq qazandırır və de-fakto bu cinayətlərin iştirakçısına çevrilir. "Facebook" rəhbərliyi artıq ikinci dəfə Kaliforniyadakı erməni lobbisinin "çoxsaylı müraciətlərini" nəzərə alaraq mənim səhifəmə girişi üç gün müddətinə bağlayıb. Maraqlısı odur ki, filmdəki faktların həqiqiliyini azad edilmiş bölgələrə səfər etmiş səfirlər, xarici jurnalistlər və ekspertlər tərəfindən təsdiqlənib. Amma görünür ki, "Facebook" üçün bu, önəmli deyil. Önəmli olan Ermənistan üçün öldürücü olan həqiqətin ört-basdır edilməsidir", - deyə İ.Korotçenko bildirib.