Xalq artisti həyatının ən çətin sınağını danışdı


Şou-biznes 22 Noy 2021 15:06:00 138 0

Xalq artisti həyatının ən çətin sınağını danışdı

Xalq artisti Emin Ağalarov Yuliya Baranovskayanın "Быть человеком" proqramının qonağı olub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, müsahibə zamanı müğənni heç vaxt tək qala bilmədiyini deyib. O, hər zaman insanlar arasında olmağa çalışdığını bildirib:

"Yarım il əvvəl koronavirusa yoluxdum. İlk dəfə 10 gün evdə tək qaldım. Bu, həyatımın ən çətin anı idi. Buna öyrəşməmişdim. Fortopianoda ifa etdim, seriallara baxdım, evdə edilə biləcək hər şeyi etdim. Eyni gün yenidən, yenidən... Oturursan və beynində düşünməyə başlayırsan: necə belə? Niyə mən belə bacarmıram? Elə insanlar var ki, əksinə tənhalığı sevirlər".

Emin əlavə edib ki, bu günə qədər ancaq avtomobil idarə edəndə tək olub:

"Hər dəfə sükan arxasında özüməm. Heç musiqini də qoşmuram. Beynimdə düşünmək üçün səssizlikdə gedirəm".