ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının tərəfdarıdır Səfir


Siyasət 22 Noy 2021 15:18:00 82 0

ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının tərəfdarıdır  Səfir

ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının tərəfdarıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib.

O, bildirib ki, ABŞ Azərbaycanla Ermənistan arasında müdafiə nazirlikləri vasitəsilə birbaşa əlaqə xəttinin yaradılması barədə qərarı alqışlayır.

"Biz bu addımı alqışlayırıq. Həm də hesab edirik ki, tərəflər bu mexanizmdən istifadəyə hazırlıq nümayiş. etdirməli və bundan faydalanmalıdır. Mən həm də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüşün keçiriləcəyi xəbərini eşitməkdən məmnun oldum. ABŞ da Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələrin yaradılması üzərində səylə işləyib. Bu, tərəflər arasında etimadın təmin olunmasına imkan verəcək" - deyə, səfir bildirib.