Azərbaycanlı model türkiyəli biznesmenlə evləndi


Şou-biznes 22 Noy 2021 13:48:00 162 0

Azərbaycanlı model türkiyəli biznesmenlə evləndi

Tanınmış azərbaycanlı model Pərvin Həsənzadə ailə həyatı qurub.

Son.az Olay-a istinadən xəbər verir ki, sənətçi bu gün Cihad Önər adlı memarla evlənib.

Onların nikah mərasimi Sait Halim Paşa yalısında baş tutub. Az sayıda qonağın dəvət olunduğu gecədə cütlüyün yaxın dostları və qohumları iştirak edib.

Qeyd edək ki, P.Həsənzadə bir sıra beynəlxalq dəb və modellik yarışlarında iştirakçı olub, müxtəlif dərəcələrdə qalibiyyət qazanıb.