Putinin masasındakı sirli düymə nümayiş olundu


Digərləri 22 Noy 2021 13:12:00 138 0

Putinin masasındakı sirli düymə nümayiş olundu

Rusiyanın "Rossiya 1" telekanalı ölkə prezidenti Vladimir Putinlə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasındakı görüşdən reportaj təqdim edib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, reportaj zamanı Putinin masası üzərinə qoyulmuş düymə tamaşaçılara nümayş olunub.

Bildirilib ki, Rusiya prezidenti bu düymədən köməkçisini çağırmaq və ya çay xahiş etmək üçün istifadə edir.