Kür çayının Sabirabaddan keçən hissəsində suyun səviyyəsi kəskin azalıb


Digərləri 22 Noy 2021 13:30:00 126 0

Kür çayının Sabirabaddan keçən hissəsində suyun səviyyəsi kəskin azalıb

Kür çayında suyun səviyyəsinin azalması davam edir.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, problem çayın Sabirabad rayonu ərazisindən keçən hissəsində özünü daha qabarıq şəkildə göstərir.

Rayonun Yolçubəyli kənd sakinləri bildirir ki, çayda suyun səviyyəsində hər gün azalma müşahidə edilir. Onların sözlərinə görə, adətən bu vaxtlar çayda bolsululuq müşhaidə olunsa da, hazırda fərqli mənzərə  yaşanır. Hətta çayın bəzi yerlərində sahilarası məsafə 20 metrə qədər çatıb. Halbuki bu məsafə bir neçə il bundan əvvəl 150-200 metr təşkil ediridi.

Sakinlər deyir ki, hazırda payızlıq əkinin suvarma mövsümü olduğundan, hələlik elə ciddi problemlə üzləşmirlər. Amma suda azalma belə davam edərsə, yayda ərazilərdə həm içməli, həm də suvarma suyu ilə bağlı çətinliklər qaçılmaz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif  Verdiyev "Xəzər Xəbər"ə bildirib ki, yağışların az yağması da Kürün çayında suyun səviyyəsinin düşməsinə səbəb olub. Umumiyyətlə, qış aylarında Kür çayının aşağı hissəsində  azsululuq  müşahidə  olunur.