"Qələbə" dairəsi istiqamətində avtomobillərin hərəkəti bərpa edilib


Digərləri 22 Noy 2021 12:38:00 147 0

"Qələbə" dairəsi istiqamətində avtomobillərin hərəkəti bərpa edilib

Noyabrın 20-21-də Bakının Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.

Bu barədə Son.az-a Azərbacyan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, təmir-tikinti işləri körpünün "Qələbə" dairəsi istiqaməti üzrə hərəkət hissəsində aparılıb.

Sürücülər yol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər.