Sevinc Osmanqızının gülüşü İlqar Məmmədovu əsəbiləşdirdi


Digərləri 22 Noy 2021 12:44:00 69 0

Sevinc Osmanqızının gülüşü İlqar Məmmədovu əsəbiləşdirdi

Xəbər verdiyimiz kimi, ötən həftə "Nida" Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü - Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin cinayət işi üzrə hər birinə Ali Məhkəmənin Plenumu tərəfindən bəraət verilib. Plenum NİDA-çıların 2013-cü ildə heç bir cinayət törətmədikləri halda, günahsız həbs olunduğu qənaətinə gəlib və onlara kompensasiya veriləcək.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən mövzu ilə bağlı REAL Partiyasının sədri İlqar Məmmədov jurnalist Sevinc Osmanqızının verilişində çıxış edib. Veriliş isə gərgin anlarla yadda qalıb. Belə ki, məsələ ilə bağlı qonağının çıxışına jurnalistin istehzalı gülüşü İlqar Məmmədovun əsəbiləşməsi ilə nəticələnib.

Partiya sədri əvvəlcə qeyd edib ki, cari ilin sentyabrında Avropa Şurasının Nazirlər Komitəsi qərarına əsasən, 18- ci maddə ilə Azərbaycanda hökm almış və ümumiyyətlə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə İlqar Məmmədov və Rəsul Cəfərov işindəki örnəyə əsasən bəraət verilməlidir:

"Noyabrın 19-da Ali Məhkəmə Avropa Şurası Nazirlər Komitəsinin qərarına müsbət cavab verərək 4 nəfər NİDA- çıya bəraət verdi. Siyahıda hələ bir neçə adamlar qalır.  Bunlar İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Bayram Məmmədov, Qiyas İbrahimlidir. Bu şəxslər də bəraətlərini alacaqlar. 

Bu yolu ilk mən keçərək örnək yaratdım. Bu tək Azərbaycan üçün deyil, Avropa Şurasının 47 ölkədən ibarət hüquqi məkanı üçün presedentdir. Bu yolu Avropada heç kim axıra kimi getməmişdi. Biz o vaxt bunu deyəndə bəzi adamlar bizi anlamırdılar deyirdilər ki, "ay satıldılar", uydurma damğalar yapışdırırdılar. Bütün bunların üzərindən bugünkü qərar xətt çəkdi. Bu bir daha onu göstərir ki,  Azərbaycanın hüquqi məkanı Avropanın hüquqi məkanı ilə eyniləşdirilib".

Elə verilişin gərgin dəqiqələri də bundan sonra başlayıb. Partiya sədrinin "bu nümunənin bütün Avropa üçün örnək olduğunu" deməsinə S. Osmanqızı istehzalı gülüşlə reaksiya verib. 

Mövzuya müdaxilə edən partiya sədri vurğulayıb ki, Avropa dedikdə burada 47 ölkə nəzərdə tutulur:

"Biz burada ciddi söhbət edirik və gülməyə heç bir ehtiyac yoxdur. Biz gülməklə məşğul olacağıqsa, onda başqa auditoriyalara danışacağıq. Siz indi burada gülürsünüz. Vaşinqtonda oturub Azərbaycanın hansı hüquqi məkanda olduğunu çox pis təsəvvür edirsiniz. Amma mənim qoyduğum nümunə əsasında cəmi iki həftədən sonra Osman Kavala azadlığa buraxılmayacaqsa, Türkiyə qarşısında da eyni sanksiya qoyulacaq.

Hüquqi yolla haqqımızı müdafiə edə, sübut edə və qazana bilirik. 3 il qabaq mən insanları seçkiyə çağıranda siz indi necə gülürdünüz, o insanlar da elə gülürdülər. Hardadır indi o insanlar, onlar indi meydana yox, heç küçəyə də qorxularından çıxa bilmirlər.

Biz Azərbaycan vətəndaşlarına bəraət verdik. Siz nə etdiniz, burada boş-boş danışmaqla və mənasız işlərinizlə. Ona görə 3 ildir ki düz edirdim və sizin verilişinizə çıxmırdım. Bugünkü söhbətdən əmin oldum ki, siz Azərbaycan gerçəkliklərini bilmirsiniz. Əgər ciddi söhbət edə bilmirsinizsə, o zaman hesab edirəm ki, taylarınızı  tapıb bir-birinizlə məzələnməlisiniz". 

“Taliban“ qadınların çəkildiyi teleşouları qadağan etdi like
  • 22 Noy 12:42  
Dünya “Taliban“ qadınların çəkildiyi teleşouları qadağan etdi

"Taliban" qadınların çəkildiyi televiziya şoularını qadağan ed

arrow Ətraflı
"Qələbə" dairəsi istiqamətində avtomobillərin hərəkəti bərpa edilib like
  • 22 Noy 12:38  
Digərləri "Qələbə" dairəsi istiqamətində avtomobillərin hərəkəti bərpa edilib

Noyabrın 20-21-də Bakının Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prosp

arrow Ətraflı
Lalə Məmmədovadan ŞOK DƏYİŞİM like
  • 22 Noy 12:36  
Şou-biznes Lalə Məmmədovadan ŞOK DƏYİŞİM

Əməkdar artist Lalə Məmmədovadan xəbər var.

arrow Ətraflı
Şəkidə ANİMAFİLM Festivalının əkssədası keçiriləcək like
  • 22 Noy 12:25  
Digərləri Şəkidə ANİMAFİLM Festivalının əkssədası keçiriləcək

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası təd

arrow Ətraflı
Zeki Mürenin həyatı kino olur like
  • 22 Noy 12:24  
Şou-biznes Zeki Mürenin həyatı kino olur

"Müslüm" və "Ayla" kimi səs gətirən filmlərə imza at

arrow Ətraflı
Serj Sarkisyan korrupsiya ilə bağlı dindirilir like
  • 22 Noy 12:20  
Dünya Serj Sarkisyan korrupsiya ilə bağlı dindirilir

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qis

arrow Ətraflı
Uşaqbazlıqda ittiham olunan deputat aclıq aksiyasını dayandırdı like
  • 22 Noy 12:18  
Digərləri Uşaqbazlıqda ittiham olunan deputat aclıq aksiyasını dayandırdı

Rusiya Kommunist Partiyasının üzvü, Primorsk diyarının deputatı, pedofili

arrow Ətraflı
Gürcüstanda son sutkada koronavirusdan 55 nəfər ölüb like
  • 22 Noy 12:12  
Dünya Gürcüstanda son sutkada koronavirusdan 55 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 851 yoluxm

arrow Ətraflı
İlahə keçmiş əri ilə məhkəməlik oldu like
  • 22 Noy 12:06  
Şou-biznes İlahə keçmiş əri ilə məhkəməlik oldu

Müğənni İlahə İbadova kemiş həyat yoldaşı, müğənni Mirsaleh Əliyev

arrow Ətraflı
Bakıda yeni doğulmuş körpəni binanın girişinə atdılar like
  • 22 Noy 11:57  
Digərləri Bakıda yeni doğulmuş körpəni binanın girişinə atdılar

Bakıda yeni doğulmuş qız uşağı binalardan birinin girişinə atılıb.

arrow Ətraflı
Türkiyə Ermənistanla barışmaq üçün like
  • 22 Noy 11:54  
Dünya Türkiyə Ermənistanla barışmaq üçün

"Türkiyə Ermənistanla münasibətlərin qurulması üçün yeni  şə

arrow Ətraflı
Azərbaycanda təhsil alan xarici tələbələrin bir qismi ölkəyə gələ bilmir like
  • 22 Noy 11:51  
Digərləri Azərbaycanda təhsil alan xarici tələbələrin bir qismi ölkəyə gələ bilmir

Pandemiya səbəbindən sərhədlərin bağlı olduğu ölkələrdən Azərbayca

arrow Ətraflı
İlk dəfə ələlə görüntüləndilər like
  • 22 Noy 11:48  
Şou-biznes İlk dəfə ələlə görüntüləndilər

Müğənni Seda Sayanın oğlu Oğulcan Enginlə sevgilisi, aktrisa Miray Daner

arrow Ətraflı
Britaniya Rusiyaya qarşı “böyük oyun”a daxil oldu like
  • 22 Noy 11:42  
Dünya Britaniya Rusiyaya qarşı “böyük oyun”a daxil oldu

Londonun Polşa-Belarus sərhəddindəki davranışları onun yenidən Rusiya il

arrow Ətraflı