Həkimlər Kadir İnanırın son durumunu açıqladı


Şou-biznes 22 Noy 2021 11:36:00 131 0

Həkimlər Kadir İnanırın son durumunu açıqladı

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kadir İnanır ötən gün xəstəxanaya yerləşdirilib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, həkimlər aktyorun son vəziyyəti ilə bağlı açıqlama yayıblar.

Muğlanın Ortaca rayonunda dünən qəflətən səhhəti pisləşən və Pamukkale Universiteti Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilən Kadirin müalicə aldığı bildirilib.

İnanırın səhhətini diqqətdə saxladığını deyən professor Ahmet Kutluhan onun hələ bir müddət həkim nəzarətində saxlanılacağını söyləyib:

"Bu, beyin-damar xəstəliyidir. Yüngül keçirə bildiyi kimi, daha ağır nəticələr də doğura bilər. Buna görə bir neçə gün yaxından müşahidə edilməlidir. Lazımi tədbirlər görülüb və müalicəsinə başlanılıb".