Gürcüstanda son sutkada koronavirusdan 55 nəfər ölüb


Dünya 22 Noy 2021 12:12:00 130 0

Gürcüstanda son sutkada koronavirusdan 55 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 851 yoluxma halı qeydə alınıb, 55 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 814 097, ölənlərin sayı isə 11 553 nəfərə çatıb. Virusa yoluxanlardan 755 229 nəfərin sağaldığı bildirilir.