Uşaqbazlıqda ittiham olunan deputat aclıq aksiyasını dayandırdı


Digərləri 22 Noy 2021 12:18:00 146 0

Uşaqbazlıqda ittiham olunan deputat aclıq aksiyasını dayandırdı

Rusiya Kommunist Partiyasının üzvü, Primorsk diyarının deputatı, pedofiliyada şübhəli bilinən Artem Samsonov aclıq aksiyasını dayandırmaq qərarına gəlib. Səbəb də odur ki, istintaq poliqraf testinin keçirilməsinə razılıq verib.

Son.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Aleksey Kletskin məlumat verib. "Müstəntiq sənədlərlə tanış olub, ondan belə çıxır ki, onlar faktiki olaraq poliqrafiyadan istifadə etməklə dindirilmə ilə bağlı vəsatətimizi təmin ediblər. Bununla əlaqədar Artyom aclıq aksiyasını dayandırmağa başladı", - deyə vəkil bildirib.

Kletskin əlavə edib ki, Samsonov etirazın bu formasını dayandırmaq qərarına gəlib, çünki aclıq aksiyası yalan detektorunun testi üçün əks göstəriş olduğundan, cihaz təhrif olunmuş reaksiyalar göstərə bilər.