Zeki Mürenin həyatı kino olur


Şou-biznes 22 Noy 2021 12:24:00 193 0

Zeki Mürenin həyatı kino olur

"Müslüm" və "Ayla" kimi səs gətirən filmlərə imza atan prodüser Mustafa Uslu Zeki Mürenin həyatından film çəkir. 

Son.az Olay-a istinadən xəbər verir ki, o, əfsanəvi müğənninin rolunu ifa edəcək şəxs barədə də düşünüb. Prodüser qeyd edib ki, həmin obraz üçün Tarkana təklif irəli sürüb. 

Meqastarın çox həyəcanlandığını, bu barədə düşünəcəyini qeyd edib.  

Uslu ilk anonsun Zeki Mürenin doğum günü, yəni dekabrın 6-da yayımlanacağını söyləyib.