Azərbaycanda təhsil alan xarici tələbələrin bir qismi ölkəyə gələ bilmir


Digərləri 22 Noy 2021 11:51:00 174 0

Azərbaycanda təhsil alan xarici tələbələrin bir qismi ölkəyə gələ bilmir

Pandemiya səbəbindən sərhədlərin bağlı olduğu ölkələrdən Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin gəlməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 42 ölkədən olan əcnəbi vətəndaşların ölkəyə girişi mümkün olduğundan həmin ölkə vətəndaşı əcnəbi tələbələrin əyani tədrisdə iştirakı təmin edilir.

"Aktiv müvəqqəti yaşama icazəsi vəsiqəsinə sahib olan, digər ölkələrin vətəndaşları da əyani dərslərdə iştirak üçün ölkə ərazisinə daxil ola bilirlər. Digər əcnəbi tələbələrin əyani tədrisə cəlb olunması üçün aidiyyəti təşkilat qarşısında vəsatət qaldırıb, həmin şəxslərin ölkə ərazisinə girişinə icazə verilənədək əcnəbi vətəndaşların tədris prosesinin digər formalarda təşkili məsələsinə universitetlərin Elmi Şuralarının səlahiyyətləri çərçivəsində baxılması yerli ali təhsil müəssisələrinə tapşırılıb" - deyə məlumatda qeyd olunub.