Yaponiya hipersəs döyüş başlıqlarını izləmək üçün kosmosa peyklər buraxa bilər


Dünya 22 Noy 2021 08:49:00 109 0

Yaponiya hipersəs döyüş başlıqlarını izləmək üçün kosmosa peyklər buraxa bilər

Yaponiya hökuməti hazırki onilliyin ortalarında kosmosa düşmənin hipersəs döyüş başlıqlarını izləyə bilən üç kiçik peyk buraxmağı planlaşdırır.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, kosmik aparatlar, həmçinin mümkün təbii fəlakətləri izləmək üçün istifadə olunacaq.

Peyklər arasında məlumatların ötürülməsi üzrə sınaqların uğurlu olacağı təqdirdə Yaponiyanın bu sahədə müdafiə qabiliyyətini artırmaq üçün gələcəkdə onların sayının artırılması planlaşdırılır. Üç peykin orbitə çıxarılması ölkəyə təxminən 525 milyon dollara başa gələcək.