Böyük Britaniyada sutka ərzində koronavirusa 40 mindən artıq insan yoluxub


Dünya 22 Noy 2021 08:04:00 145 0

Böyük Britaniyada sutka ərzində koronavirusa 40 mindən artıq insan yoluxub

Böyük Britaniyada koronavirusa daha 40 004 nəfər yoluxub. Beləliklə ümumi yoluxmaların sayı 9 845 492-yə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, sutka ərzində daha 61 koronavirus xəstəsi həyatını itirib. Bununlada Britaniyada koronavirusdan ölənlərin ümumi sayı hazırda 143 927, aktiv xəstə sayı isə 8 079 təşkil edir.

Rəsmi statistikaya görə, 12 və daha yuxarı yaşda olan insanların 88 faizindən çoxu peyvəndin ilk dozasını, 80 faizdən çoxu isə hər iki dozanı alıb. Əhalinin 26 %-dən çoxu üçüncü "buster" dozanı qəbul edib.