İordaniyada pandemiyanın 3cü dalğası başlayıb


Dünya 22 Noy 2021 07:31:00 137 0

İordaniyada pandemiyanın 3cü dalğası başlayıb

İordaniyada COVID-19 pandemiyasının üçüncü dalğası müşahidə olunur, həftəlik yoluxanların sayı təxminən 20 minə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun sözçüsü Adel Balbisi bildirib ki, hər səkkizincit est verəndə cavab müsbət olub və bu narahatlıq doğurur.

Bununla belə, Balbisi əlavə edib ki, xəstəxanalarda çarpayı fondu 30%-dən də az dolub.