ABŞda 10 minədək dəniz piyadası ordudan qovula bilər
Dünya 22 Noy 2021 07:48:00 173 0
ABŞ Dəniz Piyadaları Korpusunun 10 000-ə yaxın hərbi qulluqçusu hələ də koronavirusa qarşı peyvənd olunmaq tələbini yerinə yetirmədiyi üçün Silahlı Qüvvələrdən qovula bilər, baxmayaraq ki, bunun üçün son tarix noyabrın 28-də başa çatır.
Son.az Trend-ə istinadən bildirir ki, bu günə qədər dəniz piyadalarının təxminən 94% -i peyvənd olunub, lakin bu, digər qoşun növləri ilə müqayisədə hələ də ən aşağı göstəricilərdən biridir.
Quru Qoşunlarında qulluqçuların 95%-i azı bir doza peyvənd alıb, tam peyvənd üçün son tarix dekabrın 15 gözstərilir. Eyni zamanda, Hərbi Dəniz Qüvvələrində hərbçilərin 99,7%-i ən azı bir doza qəbul edib, burada da noyabrın 28-dək tam peyvənd olunmaq lazımdır.
Mənbə: milli.az