Bakıda iki avtomobil toqquşub, xəsarət alan var FOTO


Digərləri 22 Noy 2021 07:00:00 127 0

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var  FOTO

Bakının Nəsimi rayonunda yol qəzası zamanı sərnişin xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Moskva prospektində qeydə alınıb.

"Toyota" markalı avtomobili idarə edən Murad Ağayev ara məsafəsi saxlamadığına görə ona məxsus nəqliyyat vasitəsi "Hyundai" markalı maşına çırpılıb. Qəza nəticəsində "Toyota"-da olan bir nəfər xəsarət alıb.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.