Bu "cənnət meyvəsi"nin zərərli tərəflərinə diqqət edin


Digərləri 22 Noy 2021 03:03:00 142 0

Bu "cənnət meyvəsi"nin zərərli tərəflərinə diqqət edin

Mağazalarda və bazarlarda ən çox satılan mövsüm meyvəsi xurma böyüklər və uşaqlar tərəfindən eyni dərəcədə sevilir.

Son.az axar.az-a istinadən bildirir ki, bu Şərq meyvəsi ilə bütün dünya 1855-ci ildə amerikalı admiral Metyu Perrinin Yaponiya səfərindən sonra tanış olub. Perri ABŞ-a gələrkən hər kəsin sevdiyi xurma meyvələrini özü ilə gətirib. Latın dilindən xurma "Allah yeməyi" və ya "cənnət meyvəsi" kimi tərcümə olunur.

Xurma sadəcə ləzzətli deyil, eyni zamanda da sağlamlığımız üçün faydalıdır. Əgər mütəmadi xurma istifadə etsəniz, onun sayəsində bir çox xəstəliklərin qarşısını almaq olar. Lakin özünün bütün cəlbedici və faydalı xüsusiyyətləri ilə bərabər xurmanın zərərli tərəfləri də var.

Tərkibində artıq miqdarda şəkər olduğu üçün çəkili insanlara, həmçinin şəkər xəstələrinə xurma yemək məsləhət görülmür.

3 yaşadək uşaqlara xurma verməmək daha yaxşıdır, çünki onlarda bu yaşda mədə şirəsinin normal ifzarı formalaşmayıb. Bu səbəbdən də lif hissəcikləri mədəyə yapışa və qarında ağrılara səbəb ola ilər.

Mütəxəssislər yoda yüksək həssaslığı olan insanlara xurma yeməyi məsləhət görmür. Belə hallarda o, allergik reaksiyaların müxtəlif təzahürlərini yarada və sağlamlığa ziyan vura bilər. Yoda qarşı allergiya ən çox uşaqlarda rast gəlinir, lakin böyüklərə də xeyli pis təsir göstərir.

Xurma yedikdən sonra ağız boşluğunu yaxalamaq və dişləri təmizləmək lazımdır, çünki karies yaratma riski böyükdür.