Bu şirniyyatları uşaqlara vermək olar


Digərləri 21 Noy 2021 23:45:00 183 0

Bu şirniyyatları uşaqlara vermək olar

Şirniyyatların həddindən artıq qəbulu ziyanlıdır. Xüsusilə bu uşaqlara aiddir.

Şirniyyatların həddindən artıq qəbulu dişlərlə olan problemlərə, çəkinin artmasına, mübadilə proseslərin pozulmasına, immun sisteminin zəiflənməsinə və s. pozulmalara səbəb ola bilər.

Ən ziyanlı şirniyyatlar arasında:

- konfetlər

- dükanlarda satılan peçenye, vafli, kekslər və s.

- dükanlarda satılan kremli tortlar, pirojnalar.

Lakin bəzi şirniyyatlar var ki, onların qəbulu (təbii ki, az miqdarlarda) əksinə olaraq uşaq üçün xeyirlidir.  Bu şirniyyatlar arasında:

- Araxis, günəbaxan, küncütdən hazırlanan təbii halva. Belə halva müxtəlif vitaminlər, yağlı turşular, minerallarla zəngindir. Küncüt halvası tərkibdən çoxlu miqdarda kalsiumun olmasına görə uşaqlar üçün ən faydalı sayılır.