Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində panel müzakirələr təşkil olunub FOTO


Digərləri 28 Okt 2021 19:15:00 57 0

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində panel müzakirələr təşkil olunub  FOTO

Oktyabrın 27-də öz işinə baslamış Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərcivəsində "Qarabağa investisiya qoyuluşu: perspektivlər", "İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar" və "PostCOVİD dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi" mövzularında panel müzakirələr təşkil olunub. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmilərinin, iş adamlarının, ictimai birliklərin nümayəndələrinin iştirakı ilə keçirilmiş panellərdə mövzular ətrafında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sammit iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan "Qarabağa investisiya qoyuluşu: perspektivlər" mövzusunda paneldə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya potensialı, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən dağıdılmış və talan olunmuş ərazilərimizdəki vəziyyət, eləcə də hazırda Azərbaycan dövləti tərəfindən bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri diqqətə çatdırılıb. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) prezidenti Hasan Basri Kurt, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPOMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycan Sahibkarlar (İşəgğtürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov və "Dost Agriculture & Livestok Co"nun təsisçisi Abdulkadir Karagöz mövzu ilə bağlı fikirlərini bölüşüblər.     

"Post COVİD dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi" panelində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının MDB ölkələri və Avropa regionu üzrə direktoru Samir Tağıyev, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş direktoru səlahiyyətlərini icra edən Vüsal Qurbanov, Türkiyə "IT Valley"nin baş meneceri Sərdar İbrahimcioğlu, İnnovasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Vüsal Rüstəmov və Gənc Sahibkarlar Konfederasiyasının sədr müavini Xəyalə Məmmədova startapların inkişafı ilə bağlı müasir meyillər, pandemiya şəraitində üzləşdiyi çağırışlar, yüksək dəyərli iqtisadi artımın təmin edilməsində startapların roluna dair çıxışlar ediblər.  İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ortaq dəyərlərə əsaslanaraq müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin tətbiqi imkanları "İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar" mövzunda panelin əsas müzakirə istiqamətləri olub. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icra direktoru Vüsal Qasımlı və İstanbul Fond Birjasının icraçı vitse-prezidenti Güjan Gülay tədbir iştirakçılarına mövzu ilə bağlı məlumat veriblər.

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti bu gün işini panel iclaslarla və startaplarin təqdimatları ilə davam etdirəcək.

Acun İngiltərə klubunu ala bilər like
  • 28 Okt 19:12  
Digərləri Acun İngiltərə klubunu ala bilər

Türkiyəli iş adamı Acun Ilıcalı İngiltərə klubunun səhmlərini almaq q

arrow Ətraflı
AMEAnın bir neçə institutuna baş direktorlar seçildi like
  • 28 Okt 19:06  
Digərləri AMEAnın bir neçə institutuna baş direktorlar seçildi

Oktyabrın 28-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn

arrow Ətraflı
Türkiyə ordusu 35 minlik qüvvə ilə böyük hücuma hazırlaşır like
  • 28 Okt 18:54  
Digərləri Türkiyə ordusu 35 minlik qüvvə ilə böyük hücuma hazırlaşır

Türkiyə Silahlı Qüvvələri müxalif suriyalı yaraqlıların da dəstəyi i

arrow Ətraflı
Baş nazir Türkiyənin Vitseprezidentinə təbrik məktubu göndərdi like
  • 28 Okt 18:52  
Siyasət Baş nazir Türkiyənin Vitseprezidentinə təbrik məktubu göndərdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiy

arrow Ətraflı
Afaq Gəncəli ərə getmək istəyir  FOTO like
  • 28 Okt 18:48  
Şou-biznes Afaq Gəncəli ərə getmək istəyir FOTO

Aparıcı Afaq Gəncəli müğənni Sevda Yahyayevanın toyunda açıqlaması il

arrow Ətraflı
Bu dəfə digər qızı özünü Ancelinaya oxşatdı  FOTO like
  • 28 Okt 18:36  
Şou-biznes Bu dəfə digər qızı özünü Ancelinaya oxşatdı FOTO

Hollivud ulduzu Ancelina Coli "Əbədi" filminin baş tutan növbəti

arrow Ətraflı
Övladı ilə birlikdə intihar etdiyi deyilən Aytəndən xəbər var  FOTO like
  • 28 Okt 18:30  
Digərləri Övladı ilə birlikdə intihar etdiyi deyilən Aytəndən xəbər var FOTO

Xəbər verdiyimiz kimi, 30 avqust tarixində Bakının Səbail rayonunda dəhş

arrow Ətraflı
"Vaqif" operasının tamaşası keçiriləcək like
  • 28 Okt 18:28  
Kriminal "Vaqif" operasının tamaşası keçiriləcək

Xalq Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunmuşdur "Vaqi

arrow Ətraflı
769 şəhid və qazi ailəsinin içməli su təchizatı yaxşılaşdırılıb  FOTO like
  • 28 Okt 18:18  
Digərləri 769 şəhid və qazi ailəsinin içməli su təchizatı yaxşılaşdırılıb FOTO

Vətən müharibəsində şanlı tarix yazaraq şəhidlik zirvəsinə yüksəlmi

arrow Ətraflı
Bu il səkkiz avtomobil yolunun tikintisi başa çatdırılıb like
  • 28 Okt 18:12  
Digərləri Bu il səkkiz avtomobil yolunun tikintisi başa çatdırılıb

2021-ci ilin 9 ayı ərzində ümumi uzunluğu 138.3 km olan 8 avtomobil yolunun

arrow Ətraflı
Damla kökəlib belə oldu  FOTO like
  • 28 Okt 18:00  
Şou-biznes Damla kökəlib belə oldu FOTO

Müğənni Damla sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Tibb Universitetinin daha 5 qrupu distant təhsilə keçdi like
  • 28 Okt 17:56  
Digərləri Tibb Universitetinin daha 5 qrupu distant təhsilə keçdi

Tibb Universitetində daha 5 qrup distant təhsilə keçib.

arrow Ətraflı