Saatda 100 km sürətlə uçan motosiklet təqdim edildi


Digərləri 28 Okt 2021 17:48:00 112 0

Saatda 100 km sürətlə uçan motosiklet təqdim edildi

Yaponiyada uçan motosiklet təqdim edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Xturismo" adlanan "bayk" havada 40 dəqiqəyə qədər qala və saatda 100 km sürətlə hərəkət edə bilir.

Onun 680 min dollar (təqribən 1,1 milyon manat) dəyərində olduğu bildirilib.

Məlumata görə, istehsalçı şirkət "A.L.I Technologies" "bayk" üçün artıq sifarişləri qəbul etməyə başlayıb.