Atasının dəfn mərasiminə açıqsaçıq paltarda gəldi, tabutla fotosessiya etdi FOTO


Şou-biznes 28 Okt 2021 17:18:00 93 0

Atasının dəfn mərasiminə açıqsaçıq paltarda gəldi, tabutla fotosessiya etdi  FOTO

Məşhur fenomen atasının tabutu qarşısında verdiyi pozalara görə tənqid hədəfinə çevrilib.

Son.az azxəbər-ə istinadən xəbər verir ki, Mayamidə yaşayan fenomen Jayne Rivera oktyabrın 11-də dünyasını dəyişən atasının dəfn mərasimində iştirak edib. O, dekolteli libası ilə tabutun qarşısında poza verib və buna görə izləyicilərinin sərt reaksiyası ilə üzləşib. Rivera atasının tabutunun önündəki şəkilləri "Kəpənək uçdu. Nur içində yat, ata. Sən mənim ən yaxın dostum idin" qeydi ilə paylaşıb. Twitter istifadəçiləri Riveranı atasının dəfnindən fotosessiya üçün fürsət kimi istifadə etməkdə günahlandırıblar. İstifadəçilərdən biri "Jayne Rivera necə real insan ola bilər və bu şəkillərin yaxşı fikir olduğunu necə düşünür", digəri isə "cənazəni seksual yas paltarını nümayiş etdirmək üçün bir fürsət kimi görür" şərhini yazıb.

Son.az