Ancelina “The Weeknd”lə münasibətini yalanlamadı


Şou-biznes 28 Okt 2021 16:28:00 101 0

Ancelina “The Weeknd”lə münasibətini yalanlamadı

Hollivud ulduzu Ancelina Coli repçi "The Weeknd" ilə eşq iddialarını yalanlamayıb.

Son.az olay-a istinadən xəbər verir ki, sənətçi rol aldığı "Eternals" filmi ilə bağlı müsahibəsində şəxsi həyatı haqda sualları cavablandırıb. O, müxbirin "Uşaqlarınız "Eternals" filmində olduğunu üçün, yoxsa "The Weeknd" ilə dostluğunuz üçün həyəcanlıdırlar",- sualına "Soruşduğunuz budursa, film üçün həyəcanldırlar",- cavabını verib.

O, müğənni ilə sevgili olması haqda sualları gülərək cavablandırıb.

Qeyd edək ki, Ancelina Coli 2016-cı ildə Bred Pittdən qalmaqallı şəkildə boşanıb.