İlk bölümü yayımlandı, kanal cərimələndi


Şou-biznes 28 Okt 2021 15:40:00 106 0

İlk bölümü yayımlandı, kanal cərimələndi

Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK bir neçə yerli telekanalı yayım prinsiplərini pozduğuna görə cəzalandırıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, qurumun qərarına əsasən, hələ ilk bölümü yayımlanan "El kızı" serialında ev heyvanının silahla öldürülməsi səbəbi ilə "FOX TV" cərimələnib.

Qeyd edək ki, ekran işinin baş rolunu aktrisa Sevda Erginci canlandırır.

Son.az