Bayden pandemiya ilə mübarizədə Trampdan daha üstün olduğunu açıqladı


Digərləri 28 Okt 2021 15:10:00 101 0

Bayden pandemiya ilə mübarizədə Trampdan daha üstün olduğunu açıqladı

ABŞ Prezidenti Co Bayden eks-prezident Donald Trampı tənqid edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, tənqidlərə səbəb vaksinasiya templərini aşağı olması və iş yerlərinin bağlanması olub.

"Tramp 90 il ərzində öz dövründə bağlanan iş yerlərinin sayı açılan iş yerlərinin sayından çox olan ilk prezident oldu. Biz isə 9 ay ərzində ABŞ tarixində bu periodda ən çox iş yeri açmışıq", - deyə C.Bayden bildirib.

O qeyd edib ki, vaksin Donald Trampın dövründə hazırlansa da, həmin vaxt sadəcə iki milyon amerikalı peyvənd olunub. Baydenin prezidentliyi dövründə isə bu rəqəm 190 milyonu keçib.