Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub


Digərləri 28 Okt 2021 14:25:00 111 0

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Faiq Qəniyev koronavirus şübhəsi ilə bağlı test verib və onun testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən Faiq Qəniyevin icraatında olan bütün işlər qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə hakimi koronavirus infeksiyasına yoluxaraq müalicə olunub.