Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik


Siyasət 28 Okt 2021 13:54:00 59 0

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik

İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Sizi Azərbaycanda salamlayıram. İşinizin uğurlu olmasını, vaxtınızı yaxşı keçirməyi arzu edirəm. Mən də Qırğız Respublikasının Prezidentinə salamlarımı və ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm və onu da özü üçün münasib olan istənilən vaxtda Azərbaycana dəvət etmək istəyirəm.

Bizim xalqlarımızı ortaq köklər bağlayır və Türk Şurası çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq. Bildiyiniz kimi, Azərbaycanın rəhbərlik etdiyi Türk Şurasının dövlət başçılarının yaxın bir ayda növbəti Zirvə görüşü keçiriləcək. Biz sədrliyi Türkiyəyə ötürəcəyik. Əlbəttə, bu sammit ölkələrimizi daha da yaxınlaşdıracaq. Türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlər və əməkdaşlıq çərçivəsində həllini tələb edən məsələlər çoxdur. Bildiyiniz kimi, Azərbaycan bizim Şuranın üzvləri olan ölkələrin yaxınlaşması üçün həmişə böyük səy göstərib.

İkitərəfli münasibətlərə gəldikdə, biz əlaqələrin intensivləşəcəyinə ümid edirik. Hesab edirəm ki, mövcud potensial ötən illərdə tam həcmdə reallaşdırılmayıb. Buna görə əlbəttə ki, iqtisadi-ticari sahəyə diqqət yetirmək lazımdır, bu sahədə əmtəə dövriyyəsini artıra bilərik. Bundan əlavə, bildiyiniz kimi, Azərbaycan ölkənin hüdudlarından kənarda fəal sərmayə qoyur. Biz Qırğızıstanda investisiya layihələrini ətraflı müzakirə edə bilərik və əlbəttə, beynəlxalq arenada qarşılıqlı dəstək ölkələrimizi həmişə yaxınlaşdırıb. Əminəm ki, biz gələcəkdə də BMT məkanında, İslam Əməkdaşlıq Təşkilatı və əlbəttə, Türk Şurası, MDB və digər təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik. Vətəndaşlardan çoxlu müraciətlər olurdu, həmrəylik hissləri bildirilirdi, biz bunu çox yüksək qiymətləndiririk. Hazırda Azərbaycanın dağıdılmış ərazilərinin bərpası dövrüdür və biz keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə öz əzəli torpaqlarına qaytarmaq üçün fəal iş aparırıq.

Azərbaycanda vaxtınızın yaxşı keçməsini arzu edirəm. Əminəm ki, bizim ölkəmizlə yaxından tanış olacaqsınız. Bildiyimə görə, siz artıq işğaldan azad edilmiş ərazilərdə olmusunuz, lakin qarşıda hələ yeni səfərlər olacaq. Özü də təkcə oraya yox, Bakıdan digər istiqamətlərə də. Buna görə düşünürəm ki, ölkəmiz haqqında tam təsəvvürünüz olacaq və bu, işinizdə sizə kömək edəcək. Sizə uğurlar arzu edirəm.

Səfir Kayrat Osmonaliyev: Cənab Prezident, ilk növbədə, Qırğızıstanın ünvanına səmimi sözlərinizə görə sağ olun. Bizim dövlətlərarası münasibətlərin təməli Sizin atanız, beynəlxalq miqyaslı görkəmli xadim tərəfindən qoyulub. Onun xatirəsini qırğızıstanlılar daim ehtiramla yad edirlər. Gələn il biz ölkələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının 25-ci ildönümünü, 2023-cü ildə isə diplomatik münasibətlər yaradılmasının 30 illiyini qeyd edəcəyik.

Siz düzgün olaraq deyirsiniz ki, biz beynəlxalq məkanda, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı çərçivəsində, Türk Şurası məkanında, həmçinin mənzil-qərargahları Bakıda yerləşən TÜRKPA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu formatında fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. Təəssüf ki, həqiqətən əldən buraxılmış imkanlar dövrü olub. Bu mənada biz çox şeyin əvəzini çıxmalıyıq".

Son.az 

Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa hazırdır like
  • 28 Okt 13:46  
Dünya Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa hazırdır

Ermənistan hökuməti Azərbaycanla sərhədlərin delimitasiyası və demarkas

arrow Ətraflı
““Rolls Royce” sürmək üçün bağımı satmışam” like
  • 28 Okt 13:40  
Şou-biznes ““Rolls Royce” sürmək üçün bağımı satmışam”

Əməkdar artist Cavanşir Məmmədov müzakirələrə səbəb olacaq açıqlama

arrow Ətraflı
Fuad Qəhrəmanlının qızının məsələsi parlamentdə müzakirəyə çıxarılacaq like
  • 28 Okt 13:30  
Digərləri Fuad Qəhrəmanlının qızının məsələsi parlamentdə müzakirəyə çıxarılacaq

Ənənəvi media və sosial şəbəkələr insanların şəxsi həyatını nüma

arrow Ətraflı
Təyyarədə sərnişin stüardessanı dişlədi like
  • 28 Okt 13:28  
Digərləri Təyyarədə sərnişin stüardessanı dişlədi

Rusiyada təyyarədə qəribə hadisə baş verib. Belə ki, sərnişin stüarde

arrow Ətraflı
Polad Həşimovun anası Rəsulzadənin məzarını ziyarət etdi like
  • 28 Okt 13:25  
Digərləri Polad Həşimovun anası Rəsulzadənin məzarını ziyarət etdi

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşi

arrow Ətraflı
Bakının möhtəşəm Ağ Şəhər bulvarı like
  • 28 Okt 13:20  
Digərləri Bakının möhtəşəm Ağ Şəhər bulvarı

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün yarad

arrow Ətraflı
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib like
  • 28 Okt 13:19  
Siyasət Prezident İlham Əliyev Ərdoğana məktub göndərib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib

arrow Ətraflı
I və III qruplardakı dəyişiklik qəbul prosesinə necə təsir edəcək? like
  • 28 Okt 13:18  
Digərləri I və III qruplardakı dəyişiklik qəbul prosesinə necə təsir edəcək?

Ali məktəblərə qəbul imtahanında III ixtisas qrupunda dəyişiklik ediləc

arrow Ətraflı
Gürcüstanda daha 4 009 nəfərdə COVID19 aşkarlanıb, 45 nəfər ölüb like
  • 28 Okt 13:16  
Dünya Gürcüstanda daha 4 009 nəfərdə COVID19 aşkarlanıb, 45 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 4 009 yeni yoluxma halı təsdiqlənib

arrow Ətraflı
COVID19un yeni ştammı  "AY.4.2" nə dərəcədə təhlükəlidir? like
  • 28 Okt 13:10  
Digərləri COVID19un yeni ştammı "AY.4.2" nə dərəcədə təhlükəlidir?

Bütün dünyada geniş yayılmağa başlayan AY.4.2 ştammı xüsusiyyətlərin

arrow Ətraflı
Elnurun 10 illik övlad həsrəti bitir like
  • 28 Okt 13:04  
Şou-biznes Elnurun 10 illik övlad həsrəti bitir

Müğənni Elnur Məmmədov ata olacaq.

arrow Ətraflı
Terrorçulara qarşı yeni, böyük like
  • 28 Okt 13:01  
Dünya Terrorçulara qarşı yeni, böyük

Türkiyənin Silahlı Qüvvələri Suriyanın şimalında, Ayn əl Ərəb (Koban

arrow Ətraflı
REALın yada saldığı problem like
  • 28 Okt 12:58  
Digərləri REALın yada saldığı problem

Verilişimizin qaynar xəttinə daxil olan minlərlə müraciətdən birində v

arrow Ətraflı
Sabah yağış, qar yağacaq, külək əsəcək  PROQNOZ like
  • 28 Okt 12:54  
Digərləri Sabah yağış, qar yağacaq, külək əsəcək PROQNOZ

Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı