Bakının möhtəşəm Ağ Şəhər bulvarı


Digərləri 28 Okt 2021 13:20:00 104 0

Bakının möhtəşəm Ağ Şəhər bulvarı

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün yaradılan gözəl yerlərdən biri də Ağ Şəhər bulvarıdır.

Bu bulvar bir vaxtlar "Qara şəhər" kimi tanınırdı və burada bir çox sənaye müəssisələri yerləşirdi. Artıq bir neçə ildir ki, Qara Şəhərin sənaye siması keçmişdə qalıb və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verib. Ağ Şəhər bulvarı öz təkrarolunmaz cizgiləri ilə regionun lider paytaxtı olan Bakının yeni müasir mərkəzinə çevrilib.

Trend-in fotoqrafı Zaur Mustafayevin Ağ Şəhərdən lentə aldığı görüntüləri təqdim edirik: