Fuad Qəhrəmanlının qızının məsələsi parlamentdə müzakirəyə çıxarılacaq


Digərləri 28 Okt 2021 13:30:00 127 0

Fuad Qəhrəmanlının qızının məsələsi parlamentdə müzakirəyə çıxarılacaq

Ənənəvi media və sosial şəbəkələr insanların şəxsi həyatını nümayişə çıxarmaqla köhnə zamanların "evin sirri elin sirri" qəlibini sındırıb. İndi əksəriyyət çəkinmədən gündəlik qayğılarını, ailə gizlinlərini paylaşır.

Son.az xəbər verir ki, Milli Məclisin üzvü Aqil Abbas yenisabah.az-a açıqlamasında bu məsələdə əsasaən televiziyalarda günahkar sayıb:

"Bu problemin ən böyük günahı televiziyalardadır, ikinci sırada isə sosial şəbəkələr gəlir. İnsanları verilişə çıxarırlar, biri arvadının xəyanətindən danışır, biri ərinin. Bütün bunlar Azərbaycan mentalitetinə uyğun olmayan hərkətlərdir və fərdi problemlərdir. Azərbaycanda 10 milyon əhali yaşayırsa, onların hamısı şəxsi həyatını ictimailəşdirməlidir?

İnsanların həyatını televiziyalara çıxarmaq, saytlarda, sosial şəbəkələr də paylaşmaq olmaz. Çıxıb efirdə deyirlər ki, "xalam oğlu məni zorladı", "dayımoğlu nakişi hərəkət elədi" və s. Kənardan baxan da deyir ki, ay Allah, bu millət necə millətdir!? Kim arvadından, ərindən boşanmaq istəyirsə, getsin məhkəmədə boşansın, televiziya boşanma yeri deyil. 

Televiziya kanalları reytinq xətrinə millətin əxlaqını qurban verirlər. Mən parlamentdə bu məsələni mütləq qaldıracağam".