Terrorçulara qarşı yeni, böyük


Dünya 28 Okt 2021 13:01:00 166 0

Terrorçulara qarşı yeni, böyük

Türkiyənin Silahlı Qüvvələri Suriyanın şimalında, Ayn əl Ərəb (Kobani) şəhərindən cənubda terrorçulara qarşı yeni, böyük antiterror əməliyyatına hazırlaşır.

Əməliyyata 35 min hərbçi cəlb olunub.

Əməliyyat Fərat çayının sağ və sol sahillərindəki əraziləri əhatə edəcək.

Türkiyənin Silahlı Qüvvələrinin gərəkdiyi təqdirdə İraq və Suriya ərazilərinə yeridilə bilməsi ilə bağlı qanun layihəsi bu günlərdə Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul olunub.

Sənədin qəbulundan sonra Türkiyənin Suriya ilə sərhədində aktivləşmə başlanıb. Belə ki, türk ordusu Suriyadakı terrorçulara qarşı son ayların ən böyük əməliyyatına hazırlaşır. Zirehli texnika və canlı qüvvə konvoyları İdlib bölgəsi ilə Tel Əbyad şəhəri istiqamətlərinə hərəkət edir.

Artıq 200-dən artıq zirehli texnika Türkiyə-Suriya sərhədini keçərək İdlibə çatıb. Cəbhə xəttində mühafizəli tunellər inşa etməyə imkan verən hazır beton bloklar da artıq İdlibə daşınıb.

Türkiyə Silahlı Qüvvələrinin böyük mexanikləşdirilmiş karvanlarının M4 trası ilə Cəbəl Zəviyyə rayonuna hərəkət etməsi, müdafiə istehkamları və tunellərin inşası üçün beton blokların daşınması, Təl-Rivat şəhərində Rusiya bayraqlarının asılması, ən nəhayət Suriya prezidenti Bəşər Əsədə sadiq hərbi birləşmələrin Təl-Rifat, Əyn İssa və Təl Təmər şəhərlərinə yerləşməsi İdlib vilayətindəki kürdlərin silahlı birləşmələri ilə bağlı əvvələr əldə edilmiş razılaşmaların nəticəsiz qaldığını göstərir.

Bəşər Əsəd "Suriyanın şimalında türklərə müqavimət göstərəcəyik" desə də, onun Moskva və Tehranla məsləhətləşmədən qərar qəbul etməsi mümkün deyil.

Türkiyənin isə səbr kasası daşıb. Rusiya ilə imzalanmış Soçi anlaşmasında bəlirlənmiş sərhəd-təmas xəttinin o biri tərəfinə Bəşər Əsədin minlərlə hərbçisi, habelə İranın dəstəklədiyi və idarə etdiyi terrorçu qruplaşmalar cəmləşiblər. Rusiya Hava-Kosmik Qüvvələrinin qırıcı və bombardmançı təyyarələrinin İdlibi bombalamaqla dəstək verdiyi bu terrorçu qruplaşmalar həm İdlibdə dinc sakinlərin ölümünə səbəb olur, həm də Türkiyəyə istiqamətlənəcək yeni köçün triqeri rolunu oynayır.

Türkiyə hərbçilərinin İdlibdə cəmləşdiyi digər məkan Tel Əbyaddır. "Sülh bulağı" əməliyatından sonra Təl Əbyadın cənubundakı Əyn İsa bölgəsi hələ də PKK-YPG terror təşkilatlarının nəzarətindədir. Təl Əbyadın qərbindəki Ayn əl Ərəb rayonunda isə kürd terrorçular cəmləşməyə başlayıblar.