Ağdamın işğaldan azad olunmuş ərazisində qolları məftillə bağlı kişi və qadın skeleti tapıldı


Digərləri 28 Okt 2021 11:19:00 148 0

Ağdamın işğaldan azad olunmuş ərazisində qolları məftillə bağlı kişi və qadın skeleti tapıldı

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində insan skeletləri aşkarlanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Uzundərə adlanan ərazisində qeydə alınıb.

Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.

Şahidlərinin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

APA TV-nin əməkdaşları bu barədə xəbər alan kimi hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları insan qalıqlarını eksqumasiya edərək aidiyyəti üzrə tibbi ekspertizaya göndərib.