Türkiyə bu məsələdə Azərbaycanla birgə hərəkət edir


Dünya 28 Okt 2021 12:12:00 144 0

Türkiyə bu məsələdə Azərbaycanla birgə hərəkət edir

Türkiyə Prezidentinin Azərbaycana son səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdik.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk" telekanalına müsahibəsində bildirib.

Nazir həmçinin qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir.

Son.az